Ümumi Gürcüstanın Katolikos-Patriarxı, İkinci İlia həzrətlərini bu gün dəfn edəcəklər
Ümumi Gürcüstanın Katolikos-Patriarxı, İkinci İlia həzrətlərini bu gün dəfn edəcəklər

Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti İkinci İlia həzrətlərini bu gün dəfn edəcəklər.

Əqdəs Üçlük patriarxlıq məbədində mərasim saat 09:00-da başlayacaq. Dini ayini ümumi Gürcüstanın patriarxlıq taxtının varisi, Senaki və Çxorotsğunun mitropoliti Şio Muciri Gürcüstan Kilsəsinin müqəddəs Sinodunun üzvləri ilə birlikdə yerinə yetirəcək.

Saat 12:15-də Konstantinopolun-Yeni Romanın arxiyepiskopu və dünya Patriarxı, əqdəs Birinci Bartlome məbədə gələcək və patriarxlıq taxtının varisi, mitropolit Şio və Gürcüstan Kilsəsinin müqəddəs Sinodunun üzvləri ilə birlikdə İkinci İlia həzrətlərinin dini mərasimini keçirəcək.

Mərasimdə müxtəlif nümayəndə heyətləri iştirak edəcək və çıxışlar da planlaşdırılıb.

Saat 15:00-da ümumi Gürcüstanın Katolikos-Patriarxı, İkinci İlia həzrətlərinin nəşi Əqdəs Üçlük adına patriarxlıq məbədindən Sioni Patriarxlıq məbədinə piyada yürüşlə aparılacaq. Əqdəs Üçlük məbədindən Sioni məbədinə qədər olan yolda, marşrut boyunca canlı dəhliz təşkil olunacaq, həmçinin əhali bu yolda quraşdırılmış çox sayda ekranda ibadəti birbaşa efirdə izləyə və istədiyi halda həzrətlərinə gül dəstələri ilə ehtiram göstərə biləcək.

İkinci İlia həzrətlərinin dəfn mərasimi zamanı Sioni məbədində yalnız ruhanilər iştirak edəcək.

Katolikos-Patriarxın nəşinin Sioni məbədinə yerləşdirilməsindən dəfn edilməsinə qədər Gürcüstanın fəaliyyət göstərən bütün məbədlərində matəm zəngi çalınacaq.

Ümumi Gürcüstanın Katolikos-Patriarxı İkinci İlia 17 martda 93 yaşında vəfat etdi.