Ümumdünya Səhiyyə Təşkilatı Çini pandemiya ilə bağlı tam məlumatları dərc etməyə çağırır
Şanxayın 25 milyonluq əhalisinin 70 faizi “Covid-19″a yoluxub. Bu barədə Qərb mediası Şanxay Ekspert Məsləhət Panelinin nümayəndəsi Çen Erjenə istinadən məlumat yayır.
Media “Omicron” variantının hazırda Şanxayda geniş miqyasda yayılması və mütəxəssislərin infeksiyanın 2023-cü ilin əvvəlində pik həddə çatacağını proqnozlaşdırması barədə məlumat yayır.
Çin səhiyyə rəsmiləri Pekin, Tiandzin, Chontsinq və Quancou da daxil olmaqla digər böyük şəhərlərdə koronavirus dalğasının artıq pik həddə çatdığını proqnozlaşdırırlar. Dünyanın bir sıra ölkəsi Pekinin infeksiyanın yayılması ilə bağlı göstəricilər ətrafında şəffaflığının azlığından və yeni variantlar riskindən danışır. Ümumdünya Səhiyyə Təşkilatı Çini pandemiya ilə bağlı göstəriciləri dərc etməyə çağırır.