Ümid edirəm ki, ABŞ-ın səfiri təyin olunanda, nəticədə "Dərin Dövlət"ə deyil, Tramp administrasiyasına xidmət edəcək
Ümid edirəm ki, ABŞ-ın səfiri təyin olunanda, nəticədə "Dərin Dövlət"ə deyil, Tramp administrasiyasına xidmət edəcək

ABŞ səfirliyi Tramp administrasiyasınamı yoxsa “Dərin dövlətə”mi xidmət etməsi ilə bağlı mövqe formalaşdıran kimi, belə faktlara reaksiya verəcək”, – bu barədə baş nazir İrakli Kobaxidze jurnalistin aksiya iştirakçıları tərəfindən Kirkin qətli ilə bağlı istehzalı bəyanatlara və ABŞ Dövlət Departamentinin bu işə münasibətinə aid sualına cavabında deyib.

Kobaxidzenin söylədiyinə görə, hazırki vəziyyətə görə, Gürcüstanda ABŞ səfiri təyin edilməyib və səfirlikdə müəyyən baxımdan qeyri-müəyyənlik mövcuddur.

“Görək səfirlik sonda necə qurulacaq. Bu gün səfir təyin olunmayıb, buna görə də səfirlikdə müəyyən dərəcədə qeyri-müəyyənlik mövcuddur. Ümid edirəm ki, yeni səfir təyin olunduqda, nəticə etibarilə səfirlik Tramp administrasiyasına xidmət edəcək, əvvəlki illərdəki keçmiş səfirlərin etdiyi kimi “Dərin dövlətə” yox, ” – Baş nazir bildirib.