"Ukrenerqo" - Rusiyanın ölkənin energetika infrastrukturasına hücumları səbəbindən Ukraynanın bütün bölgələrində elektrik enerjisi fövqəladə olaraq kəsildi
"Ukrenerqo" - Rusiyanın ölkənin energetika infrastrukturasına hücumları səbəbindən Ukraynanın bütün bölgələrində elektrik enerjisi fövqəladə olaraq kəsildi

Ukraynanın enerji infrastrukturuna Rusiyanın hücumları səbəbindən ölkənin bütün bölgələrində elektrik enerjisi kəsildi. Bu məlumatı Ukraynanın dövlət elektrik ötürücü sisteminin operatoru “Ukrenerqo” “Telegram”da yayıb.

Bununla yanaşı, Ukrayna Energetika Nazirliyi istifadəçiləri elektrik enerjisindən səmərəli istifadə etməyə çağırıb, çünki bu, sistemə düşən yükün azalmasına kömək edir.

Son günlər media yazır ki, qışın yaxınlaşması ilə birlikdə Rusiyanın Ukraynanın enerji obyektlərinə hücumları artıb. Raketlər və dronlarla həyata keçirilən zərbələr ötən həftə Ukraynanın paytaxtı Kiyevin böyük hissəsində, həmçinin səkkiz başqa bölgədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Cari həftə Brüsseldə NATO müdafiə nazirlərinin görüşündə çıxışı zamanı Ukraynanın müdafiə naziri Denis Şmıqal bildirib ki, onun ölkəsi “çox, çox çətin bir qışa” hazırlaşır.