Ukraynanın Zaporojie atom elektrik stansiyasının yerləşdiyi Enerqodar şəhərində böyükmiqyaslı partlayış baş verib

15:44, 06.09.2022

 
Ukraynanın Zaporojie atom elektrik stansiyasının yerləşdiyi Enerqodar şəhərində böyükmiqyaslı partlayış baş verib.

Ukrayna mətbuatı tərəfindən yayılan məlumatda, şəhər sakinlərinin işıqsız və susuz qaldığı deyilir. Enerqodarın meri Dimitri Orlov başqa təfərrüatları açıqlamayıb, sadəcə əlavə edib ki, hadisənin bütün detalları hazırda dəqiqləşdirilir.

Sentyabrın 5-də bombardıman nəticəsində baş vermiş yanğın şəhərdə daha bir elektrik xəttini söndürüb.

Oxşar