Ukraynanın sabiq energetika naziri korrupsiya ittihamı ilə həbs olunmasını məhkəməyə şikayət edib
Ukraynanın sabiq energetika naziri korrupsiya ittihamı ilə həbs olunmasını məhkəməyə şikayət edib

Ukraynanın sabiq energetika naziri Qerman Qaluşçenko “qanunsuz həbsi” ilə bağlı məhkəməyə şikayət təqdim edib. Ali Antikorrupsiya Məhkəməsinin bəyanatında qeyd olunub ki, şikayətə bu gün saat 17:00-da baxılması planlaşdırılıb.

Məlumat üçün bildirək ki, Ukraynanın sabiq energetika naziri Qerman Qaluşçenko çirkli pulların yuyulması və cinayətkar təşkilatda iştirak ittihamı irəli sürülüb.

Qaluşçenko dünən dövlət sərhədini keçməyə cəhd edərkən saxlanılıb.