Ukraynanın Prezident Ofisində Rusiya ilə danışıqlar üçün zəruri olan dörd şərt təqdim edilib

14:21, 04.08.2022

 

Ukraynanın Prezident Ofisində Rusiya ilə danışıqlar üçün zəruri olan dörd şərt təqdim edilib. Zelenskinin ofisinin rəhbərinin müşaviri Mixaylo Podoliak , Kremllə danışıqlara başlamaq üçün zəruri olan dörd şərtin hamısının Ukraynaya silah tədarükünü nəzərdə tutduğunu bildirir.

“Rusiya ilə danışıqlar aparmaq üçün düzgün mövqe lazımdır. Bu, dörd sadə komponenti əhatə edir: 1. Uzaq mənzilli artilleriya, reaktiv yaylım atəş sistemləri və Rusiyanın logistikasını məhv etmək üçün ABŞ-ın əməliyyat-taktiki raket sistemləri. 2. Ukrayna şəhərlərini qorumaq üçün hava hücumundan müdafiə və raket əleyhinə sistemlər. 3. Hücumçu PUA-lar – ən yaxşı ovçular, 4. Əks-hücum üçün zirehli texnika” – deyə Podoliak yazır.

Oxşar