Ukraynanın Prezident Administrasiyasında ölkənin silahlı qüvvələrinin Xerson vilayətində 2400 kvadrat kilometr ərazini azad etdiyini bildirirlər

21:28, 07.10.2022

Ukrayna silahlı qüvvələri Xerson vilayətində 2400 kvadrat kilometr ərazini azad edib.

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini Kirilo Timoşenko adıçəkilən ərazinin son iki həftədə, Ukrayna qüvvələrinin əks-hücuma keçməsindən sonra azad edildiyini bildirib. Söhbət Xersonun şimalında altı, Berislava bölgəsində isə 61 yaşayış məntəqəsindən gedir.

Eyni zamanda, Arxanqelsk, Vısokopiliya və Osokorivkdən vətəndaşların təxliyəsi davam edir. Hər üç şəhərdə bir neçə həftə ərzində şiddətli döyüşlər gedirdi.

Oxşar