Ukraynanın Nüvə Enerjisi Agentliyində bildirirlər ki, ruslar Zaporojie atom elektrik stansiyasını partlatmaqla hədələyiblər
Ukraynanın Nüvə Enerjisi Agentliyində bildirirlər ki, ruslar Zaporojie atom elektrik stansiyasını partlatmaqla hədələyiblər

 
Ukraynanın Nüvə Enerjisi Agentliyində bildirirlər ki, ruslar Zaporojie atom elektrik stansiyasını partlatmaqla hədələyiblər.

“Enerqoatom”un məlumatına əsasən, Rusiyanın radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin komandanı, general-mayor Valeri Vasilev əsgərlərinə bildirib ki, “Zaporojie Rusiya torpağı olacaq, əks halda o, yanmış səhraya çevriləcək”.

Ukrayna tərəfinin verdiyi məlumata əsasən, onlarda Rusiya silahlı qüvvələrinin Zaporojie atom elektrik stansiyasının enerji bloklarını minaladığı barədə məlumat var.

Ukrayna hakimiyyətinin məlumatına əsasən, avqustun 6-da Rusiya silahlı qüvvələri Zaporojie AES-in yerləşdiyi Enerqodar şəhərinə raket zərbəsi endiriblər. Raketlər emal olunmuş yanacaq anbarının yaxınlığında yerləşən stansiya meydanına düşüb.