Ukraynanın NATO-ya üzv olmasını alyansın bütün üzv dövlətləri dəstəkləyib, bu məsələ Kiyev və Moskva arasında sülh danışıqlarının bir hissəsi ola bilməz
NATO-nun baş katibi deyir ki, NATO-ya üzv olmasını alyansın bütün üzv dövlətləri dəstəkləyib. Mark Rutte qeyd edib ki, bu məsələ Kiyev və Moskva arasında sülh danışıqlarının bir hissəsi ola bilməz.
“Ukraynaya gəlincə, Vaşinqtondakı 32 müttəfiqin hamısının açıq öhdəlikləri var idi – bu, Ukraynanın NATO-ya qoşulması üçün dönməz yoldur, konkret tarix olmadan, sülh sazişinin bir hissəsi kimi deyil, bütün 32 müttəfiqin uzunmüddətli öhdəliyidir və biz artıq bu körpünü qururuq”, – Rutte deyib.
Bir az əvvəl ABŞ-ın Ukrayna məsələləri üzrə Prezident Donald Trampın xüsusi nümayəndəsi Kit Kelloq “ABC News”a verdiyi müsahibədə bildirib ki, Birləşmiş Ştatlar hesab edir ki, Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığı əsaslıdır və bu məsələni müzakirə etməyə hazırdır.
“Onlar təkcə Ukraynadan danışmırlar. Onlar Gürcüstandan, həmçinin Moldovadan da danışırlar. Biz bunu başa düşürük və onlara deyirik ki, NATO-nun genişlənməsinin sizin sərhədlərinizə qədər dayandırılmasını müzakirə edə bilərik. Bu, onların təhlükəsizlik marağındadır”, – Kelloq deyib.