Ukraynanın Mərkəzi Seçki Komisiyası prezident seçkilərinin rəsmi nəticələrini açıqladı

18:11, 30.04.2019

Ukraynanın Mərkəzi Seçki Komisiyası prezident seçkilərinin rəsmi nəticələrini açıqladı.

Seçkilərdə “Xalq xidmətçisi” partiyasının namizədi Vladimir Zelenski 73,22% səslə qalib oldu.

Qeyd olunmalıdır ki, Ukrayna MSK-sı seçkilərin rəsmi nəticələrini ona qanunla verilən müddətin son günündə yaydı.

Ona qədər isə, Zelenski bəyan edirdi ki, seçkilərin nəticələrinin açıqlanmasını MSK qəsdlə uzadırdı, çünki inauqurasiyayı mayın 27-dən sonra keçirmək istəyirdi.

Onun dediyinə görə, inauqurasiya 27-dən sonra keçirilsə, prezident Ukrayna parlamentini azad etmək haqqı olmayacaq.

Oxşar