Ukraynanın mədəniyyət naziri qərbli tərəfdaşları müharibənin başa çatmasınadək rus mədəniyyətini boykot etməyə çağırıb

16:19, 07.12.2022

 

Ukraynanın mədəniyyət naziri qərbli tərəfdaşları müharibənin başa çatmasınadək rus mədəniyyətini boykot etməyə çağırıb.

Britaniyanın “Guardian” qəzetində dərc olunan məktubda Aleksandr Tkaçenko Ukraynanın qərbdəki tərəfdaşlarını Pyotr Çaykovskinin və digər rus bəstəkarlarının musiqili tamaşalarının keçirilməsindən müvəqqəti imtina etməyə çağırır.

Onun sözlərinə görə, “bu Çaykovskinin ləğvi olmayacaq, ancaq Rusiya Ukraynada qanlı müdaxiləyə son qoyana qədər tamaşaların keçirilməsi müvəqqəti olaraq dayandırılmalıdır”.

Tkaçenkonun sözlərinə görə, “indi mədəniyyət və tarixlə sivilizasiya mübarizəsi gedir, Rusiya və Ukraynanın bir millət olduğunu təkidlə iddia etməklə Rusiya aktiv şəkildə mədəniyyət və irsi məhv etməyə çalışır”.

Oxşar