Ukraynanın Lvov şəhərində baş verən partlayışda bir polis məmuru həlak olub, 24 nəfər yaralanıb
Ukraynanın Lvov şəhərində baş verən partlayış nəticəsində bir polis məmuru həlak olub, 24 nəfər yaralanıb.
Yayılan məlumata görə, partlayış bir mağazaya daxil olunduğu barədə bildiriş daxil olduqdan sonra baş verib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çatanda əl istehsalı partlayıcı qurğu işə düşüb. Bundan qısa müddət sonra ikinci partlayış baş verib.
Lvov meri hadisəni terror aktı kimi qiymətləndirib.