Ukraynanın hərbi kəşfiyyatı Qara dənizin hava məkanında rus döyüş təyyarəsi “Su-30SM”in vurulması haqda xəbər verir

15:27, 12.09.2024

 
Ukraynanın Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsində sentyabrın 11-də səhər xüsusi xidmətin bölmələrinin Qara dənizin üzərində rus döyüş təyyarəsi “Su-30SM”i vurduğunu bildirirlər.

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin bəyanatında təyyarəni daşına bilən zenit-raket kompleksi ilə vurduqları və radarlardan itdikdən sonra axtarış əməliyyatına başlanıldığı deyilir.

Rusiyanın hərbi dairələrinə yaxın teleqram kanalı “Fighterbomber” fəlakətlə bağlı məlumatları təsdiqləyib, lakin qeyd edir ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi tərəfindən yayılan videoda təyyarənin raketlə vurulduğu görünmür. Kanalın müəlliflərinin məlumatına əsasən, “hazırda fəlakətin səbəbləri məlum deyil” və “ekipajın axtarışları davam edir”.

Rusiyanın Müdafiə Nazirliyi “Su-30SM”in vurulması ilə bağlı məlumatı şərh etməyib.

Oxşar