Ukraynanın Hərbi Hava Qüvvələri Kiyevin səmasında 10-dək dronu vurub

12:31, 26.09.2024

 
Ukraynanın Hərbi Hava Qüvvələri Kiyevin səmasında 10-dək dronu vurub. Bu haqda məlumatı Kiyev Şəhər Administrasiyasının rəhbəri Serqey Popko yayır.

Hücum nəticəsində 20-yə yaxın avtomobilə ziyan dəyib, dörd yaşayış evinin şüşələri sınıb. Dronun qalıqları uşaq bağçasının ərazisinə düşüb.

Medianın məlumatında, Peçerski rayonunda Rusiyanın hücumu nəticəsində qaz borusunun zərər gördüyü, nəticədə beşmərtəbəli binanın birinci mərtəbəsində yanğın başladığı deyilir. Yanğın artıq söndürülüb.

Bununla yanaşı, işğalçı qüvvələr raket və dronlarla gecə Odessa vilayətinə hücum həyata keçirib. Odessanın Vilayət Administrasiyasının rəhbəri Oleq Kiper, bir nəfərin həlak olması haqda məlumat verir. Evlərə və avtomobillərə ziyan dəyib.

Ukraynanın Hərbi Hava Qüvvələri, gecə boyunca Rusiyanın Ukrayna istiqamətində ümumilikdə 78 kamikadze-dron və altı raket atdığı, hava hücumundan müdafiə qüvvələrinin onlardan 66 dron və 4 raketi məhv etdiyi haqda məlumat verir.

Oxşar