Ukraynanın Gürcüstandakı səfiri - qərb Putinin siyasətinə effektli müqavimət göstərə bilmir
Qərb Putinin siyasətinə effektli müqavimət göstərə bilmir, – qeyd olunan bəyanatı Tbilisidə keçirilən beynəlxalq konfransda nitqlə çıxış edərkən, Ukraynanın Gürcüstandakı səfiri, İqor Dolqov verdi.
Diplomatın dediyinə görə, NATO və Avropa İttifaqında Gürcüstan və Ukraynanın ərazilərinin problemini qlobal məsələ kimi qəbul etməlidirlər və Rusiyaya müvafiq cavab verməlidirlər.
“Biz Rusiyanıın hərəkətini, Putinin siyasətini çox yaxşı müzakirə edirik və analizə edirik. Lakin effektli müqavimət göstərə bilmirik. Nəyə görə? Problem məhz elə bundadır. İki məsələ önəmlidir. Birincisi – Putin, zəiflik, NATO və Avropa İttifaqı; ikincisi – Putinin defakto vetosu var. Putin qırmızı xəttləri ən azından iki dəfə keçdi – Gürcüstanda və Ukraynada.
NATO və Avropa İttifaqında Gürcüstan və Ukraynanın ərazilərinin problemini qlobal məsələ kimi qəbul etməlidirlər. Ona qədər bir çıxış yolunu tapa bilməyəcəyik”, – səfir bəyan etdi.