Ukraynanın Fövqəladə Hallar Xidməti – Rusiya qüvvələrinin bu gün Ukrayna şəhərlərinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub

19:02, 26.01.2023

 
Bu gün Rusiya qüvvələrinin Ukrayna şəhərlərinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub. Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin nümayəndəsi Aleksandr Xorunci məlumat yayır. O, hadisə nəticəsində 11 nəfərin xəsarət aldığını bildirir.

Bu gün Rusiya ordusu Ukrayna şəhərlərinə irimiqyaslı raket hücumları həyata keçirib. Ukrayna paytaxtının meri Vitali Kliçko Qoloseyevski rayonuna raketin düşməsi nəticəsində bir nəfərin həlak olduğunu, iki yaralının xəstəxanaya yerləşdirildiyini bildirib. Ukraynanın hava hücumundan müdafiə sistemi Vinnitsa, Dnepropetrovsk, Odessa, Jitomir vilayətlərində işə salınıb. Odessa şəhərində bir neçə partlayış baş verib. Şəhərdə iki elektrik stansiyası zərər görüb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı general Valeri Zalujni bugünkü raket hücumu zamanı işğalçı qüvvələrin 55 raket atdığını, onlardan 47-sinin Ukrayna qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirir.

Oxşar