Ukraynanın əks-hücumları fonunda Xerson işğalçı rejiminin rəhbəri yerli əhalini təxliyyəyə çağırıb
Ukraynanın əks-hücumları fonunda Xerson işğalçı rejiminin rəhbəri Vladimir Saldo yerli əhalini Rusiyanın regionlarına evakuasiyaya çağırıb.
Rusiyanın dəstəklədiyi separatçıların lideri əhalinin evakuasiyası üçün Rusiya hakimiyyətindən kömək istəyib.
” Ukrayna hakimiyyətinin bizim qərarlarımızı tanımayacağını bilirik və bizdən qisas almağa başlayacaqlarını gözləyirdik. Belə də oldu- şəhərlərə hər gün raket hücumları həyata keçirilir”- deyə Saldo bildirib.
Rusiya hakimiyyəti artıq bu çağırışa cavab verib. Rusiya baş nazirinin müavini Marat Xusnulin Rusiya hakimiyyətinin əhalinin təxliyyəsinə qoşulacağını və köçürülmə zamanı əhalinin pulsuz yaşayış yeri alacağını açıqlayıb.