Ukraynanın Dövlət Sərhəd Xidmətində bildirirlər ki, Rusiya ordusu Sumı istiqamətində, Kursk vilayətinin ərazisində, Ukraynaya hücum etmək üçün kifayət qədər qüvvə toplayıb
Ukraynanın Dövlət Sərhəd Xidmətində bildirirlər ki, Rusiya ordusu Sumı istiqamətində, Kursk vilayətinin ərazisində, Ukraynaya hücum etmək üçün kifayət qədər qüvvə toplayıb

Sumi istiqamətində, Kursk vilayətində Rusiya ordusu Ukraynaya hücuma keçmək üçün kifayət qədər qüvvə toplayıb”, – bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Andrey Demçenko telemarafonun efirində bildirib.

Andrey Demçenkonun dediyinə görə, Rusiya ordusunun canlı qüvvəsi və hərbi texnikası Kursk vilayətinə səfərbər edilib. Həmçinin, Ukrayna Dövlət Sərhəd Xidmətinin sözçüsü qeyd edib ki, düşmənin diversiya qruplarının fəallığı azalmır və onlar ən çox Sumı vilayətindədir. Rusiya diversantlarının cəhdləri Xarkov vilayətində aşkarlanıb.

Belarusla sərhədə gəlincə, Demçenkonun dediyinə görə, mayın 29-na olan göstəricilərinə görə, Ukraynanın təhlükəsizliyinə təsir göstərə biləcək hadisələr mövcud deyil. Bununla yanaşı, Demçenko hesab edir ki, payızda, Belarus ərazisində “Zapad-2025” hərbi təlimləri başladığı zaman gərginlik əhəmiyyətli dərəcədə artacaq.