Ukraynanın bütün vilayətlərində hava hücumuna dair həyəcan siqnalı elan edilib
Ukraynanın bütün vilayətlərində hava hücumuna dair həyəcan siqnalı elan edilib

 

Ukraynanın bütün vilayətlərində hava hücumuna dair həyəcan siqnalı elan edilib. Məlumatı Ukrayna mediası yayır.

Medianın məlumatında yerli vaxtla günorta saatlarında Ukraynanın bütün ərazisinə hava hücumu təhlükəsinin olduğu deyilir.

Dekabrın 29-da Rusiya Ukraynaya qarşı kütləvi hücuma keçib. Enerji obyektlərinə bir neçə zərbə endirilməsinə baxmayaraq, Ukraynanın hava hücumundan müdafiə sistemləri raket və pilotsuz təyyarələrin bir qismini vurub.

Ukrayna Baş Qərargahı son sutka ərzində Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin Rusiyanın atdığı 70 qanadlı raketdən 58-ni məhv etdiyinə dair məlumat yayır. Bundan əlavə, ölkənin şərqində ukraynalı hərbçilər Rusiyanın üç kəşfiyyat aparatını və bir Mi-8 helikopterini vurub.