Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib
Ukraynanın bütün ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Nikolaev vilayətinin qubernatoru Vitali Kim Rusiyanın növbəti irimiqyaslı hücuma keçdiyini və yaxın vaxtlarda Ukraynanın hava məkanına ən azı 60 raketin daxil olacağını bildirib.
Ukrayna ərazisində yerli vaxtla səhər saat 8-dən hava hücumuna işarət edən siqnal işə düşüb. Kiyev, Jitomir və Vinnitsa vilayətlərində həyəcan siqnalının səsi eşidilirdi.
“Telegram” kanalları Rusiyanın “Xa-101” tipli raketləri Ukrayna istiqamətində buraxdığı barədə məlumat yayır.
Vətəndaşlara sığınacaqlara getməyə dair çağırış edilir.