Ukraynanın baş naziri Yuliya Sviridenko vəzifəsindən ayrılır, Volodimir Zelenski isə bildirir ki, yenilənmiş siyasi strategiyanın həyata keçirilməsi üçün kadr dəyişikliklərinə başlanılacaq
Ukraynanın baş naziri Yuliya Sviridenko vəzifəsindən istefa verdiyini bəyan edib.
Sviridenko istefa verdiyini Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkədə Nazirlər Kabinetinin yenilənəcəyini elan etməsindən sonra bəyan edib.
“Zelenskinin sözlərinə görə, Ukrayna siyasi strategiyasını dəyişir və xarici siyasətin hər bir prioritet sahəsinə görə mühüm təcrübəyə malik konkret şəxs məsuliyyət daşıyacaq.
Volodimir Zelenskinin izahatına görə, yenilənmiş siyasi strategiyanın həyata keçirilməsi üçün Ukraynada kadr dəyişikliklərinə başlanılacaq.
“Baş nazir Yuliya Sviridenko ilə təfərrüatları müzakirə etdik. Dəyişikliklərin həyata keçirilməsi üçün yeni Nazirlər Kabinetinin zəruri olduğunu müəyyən etdik. Baş nazir kimi göstərdiyi aydın, sabit və səmərəli fəaliyyətinə, həmçinin Ukrayna komandasındakı çoxillik məhsuldar işinə görə ona minnətdaram. Ona əsas tərəfdaşımızla münasibətlərin yeni, mühüm sahəsinə rəhbərlik etməyi təklif etdim”, – Zelenski bildirib.
Ukrayna mediasının məlumatına görə, Volodimir Zelenski ilə görüşdən sonra Yuliya Sviridenko hökumət başçısı vəzifəsindən istefa verdiyini təsdiqləyib.
“Prezidentin etimadına və komandamızın fəaliyyətinə verilən yüksək qiymətə görə minnətdaram. Ukraynanın ən yaxın tarixinin ən çətin dövründə hökumətə rəhbərlik etmək şərəfinə nail olduğum üçün fəxr edirəm”, – Yuliya Sviridenko bildirib.