Ukraynanın Baş naziri bildirir ki, Kiyev və Vaşinqton arasında Ukraynada dronların istehsalına Amerika investisiyalarının cəlb edilməsi ilə bağlı danışıqlar aparılır
Ukraynanın Baş naziri bildirir ki, Kiyev və Vaşinqton arasında Ukraynada dronların istehsalına Amerika investisiyalarının cəlb edilməsi ilə bağlı danışıqlar aparılır

Ukraynanın baş naziri Yuliya Sviridenko bildirir ki, Kiyev və Vaşinqton arasında Ukraynada dronların istehsalına Amerika investisiyalarının cəlb edilməsi ilə bağlı danışıqlar aparılır. Bu barədə Sviridenko Kiyevdə jurnalistlərlə söhbəti zamanı bildirib.

Baş nazirin izahatına görə, razılaşma nəticəsində ABŞ Ukraynanın pilotsuz uçuş aparatlarını satın alacaq.

“Biz ABŞ-la dronlarla bağlı saziş imzalamağı planlaşdırırıq. Biz Ukraynanın pilotsuz uçuş aparatlarının istehsalını genişləndirmək üçün ABŞ-ın sərmayələrini nəzərdən keçiririk. Yəni, söhbət böyük həcmdə Ukrayna istehsalı olan dronların alınmasından gedir”, – Ukraynanın baş naziri bildirib.

Yuliya Sviridenkonun dediyinə görə, qeyd olunan sazişlə bağlı siyasi qərarı Ukrayna və ABŞ prezidentləri veriblər və yüksək rütbəli rəsmi şəxslər artıq onun təfərrüatlarını müzakirə edirlər.