Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Viktor Yanukoviçin əmlakını müsadirə edib
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi Viktor Yanukoviçin əmlakını müsadirə edib

 
Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi ölkənin eks-prezidenti Viktor Yanukoviçin əmlakını müsadirə edib.

Ukraynanın Ali Antikorrupsiya Məhkəməsi ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin mülkünü, o cümlədən iqamətgahını, şəxsi evini, mehmanxana kompleksini, həmçinin 18 milyon avro dəyərində 537 ədəd tarixi əşyanı müsadirə edib.

“Yanukoviç Rusiya Federasiyasının Ukraynaya qarşı təxribat və terror fəaliyyətinə dəstək verib” -deyə məhkəmənin yaydığı press-relizdə qeyd olunur.