Ukraynalı hərbçilər Makiivka şəhərində raket hücumu nəticəsində azı 400 rus əsgərinin həlak olması, 300-nün isə yaralanması barədə məlumat yayır
Ukraynalı hərbçilər Makiivka şəhərində raket hücumu nəticəsində azı 400 rus əsgərinin həlak olması, 300-nün isə yaralanması barədə məlumat yayır

 
Ukraynalı hərbçilər Rusiyanın işğal etdiyi əraziyə raket hücumu təşkil etdiklərini və nəticədə ən azı 400 rus əsgərinin öldüyünü, daha 300 əsgərin yaralandığını açıqlayırlar.

“BBC” Makiievka şəhərində rus hərbçilərin yerləşdiyi binanın ukraynalıların hədəfinə çevrildiyinə dair məlumat yayır.

Rusiya işğalçı rejiminin nümayəndələri ukraynalıların Donetsk vilayətindəki yaşayış məntəqəsinə raket zərbəsi endirdiyini təsdiqləsələr də, itkilərin sayını açıqlamayıblar.

Rus mediası da ukraynalıların hücumu ilə bağlı məlumatı təsdiqləsə də, 400 əsgərin öldüyünü təkzib edib.

Bununla yanaşı, keçmiş rus hərbçi İqir Qirkin ukraynalıların hücumu nəticəsində yüzlərlə rus əsgərinin, əsasən də son vaxtlar səfərbər olan əsgərlərin həlak olduğunu bildirib.