Ukraynalı hərbçilər, desant briqadalarının Rusiya sərhədinin daha bir hissəsini yardığını bildirirlər

12:48, 23.09.2024

 
Ukraynanın Silahlı Qüvvələrinin 95-ci Əlahiddə Hava Desant Briqadasının döyüşçüləri Rusiya sərhədinin hissələrindən birini yarıblar. Bu haqda məlumatı Ukraynanın Silahlı Qüvvələrinin Hava Desant Qoşunları Komandanlığının rabitə idarəsi yayır.

“Ukraynanın Silahlı Qüvvələrinin 95-ci Əlahiddə Hava Desant Briqadasının bölmələri Rusiya sərhədinin hissələrindən birini yarıblar. Bu, Rusiya Federasiyasının Kursk vilayəti ərazisində əməliyyat başlayandan bəri Rusiya sərhədinin yarılmasının artıq ikinci uğurlu əməliyyatıdır” – bəyanatda deyilir.

Döyüşçülər hərbçilərin müdafiə xəttində girişləri necə kəsdiyini və hava desant bölmələrinin düşmən ərazisinə necə daxil olduğunu göstərən video yayıblar. Həmçinin, videoda sərhədyanı bölgədə hava-desant qoşunlarının tankçılarının düşmənin dayaq məntəqəsini darmadağın etdiyi toqquşmalar göstərilib.

Döyüşçülər Rusiya Federasiyasının sərhədinin hansı hissəsindən bəhs edildiyini dəqiqləşdirməyiblər.

Oxşar