Ukrayna analitik layihəsi “Dərin dövlət” - Rusiya hərbi qüvvələri Zaporojye və Donetsk vilayətlərinin yaşayış məntəqələri istiqamətində irəliləyiblər
Rusiyanın hərbi qüvvələri Zaporojye və Donetsk vilayətlərinin yaşayış məntəqələri istiqamətində irəliləyiblər – bu barədə ukrayna analitik layihəsi “Dərin dövlət”in analitikləri bəyan ediblər.
Hesabata əsasən, Rusiya ordusunun bölmələri Donetsk regionunda, Dobropoliya zonasında yerləşən Nikanorivka yaxınlığında irəliləyiblər. Ruslar həmçinin Pokrovskun cənubunda yerləşən Kotlinoe rayonunda irəliləmə əldə ediblər. Bundan başqa, analitiklərin qeyd etdiyinə görə, Rusiya qoşunları Şərqi Zaporojye vilayətinin Poltavka kəndi yaxınlığında irəliləyiş əldə edib.
Hesabatda qeyd olunur ki, ruslar oktyabrın 10-da Vladimirovka istiqamətində mexanizasiya olunmuş hücumlarını davam etdiriblər və oraya böyük qüvvə yeritməyə nail olublar. Vladimirovkaya hücumdan başqa, dünən ruslar mexanizasiya olunmuş kolonna ilə Novooleynovka rayonunda da hücum həyata keçiriblər.