Ukraynada sabiq müdafiə naziri Mixaylo Fedorovun vəzifəsinə qaytarılması tələbi ilə aksiyalar davam edir

13:31, 26.07.2026

Kiyevdə və Ukraynanın digər şəhərlərində Mixaylo Fedorovun müdafiə naziri vəzifəsindən azad edilməsinə qarşı etiraz aksiyaları keçirilib.

Kiyevdə keçirilən aksiyada 500-dən çox insan iştirak edib. Nümayişçilər “Bizə qalib gələ bilməzlər”, “Müharibədə tətil yoxdur”, “Bizim üçün orada dayananları dəstəkləyirik” və “Deputatlar, işləyin” şüarlarını səsləndiriblər.

Etiraz aksiyaları həmçinin Lvov, İvano-Frankivsk, Ujqorod, Dnepr, Xmelnitski, Çerkasy, Mikolayev və Ukraynanın digər şəhərlərində də keçirilib.

Aksiya iştirakçıları Mixaylo Fedorovun müdafiə naziri vəzifəsinə qaytarılmasını tələb edirdilər.

Xatırladaq ki, Mixaylo Fedorov iyulun 15-də sosial şəbəkədə müdafiə naziri vəzifəsindən istefa verdiyini yazdı. Daha sonra o, media ilə söhbətində Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski ilə münaqişəsi olduğu barədə məlumatı təsdiqlədi.

Məlumat üçün bildirək ki, 21 iyulda Ukrayna Prezidenti Volodimir Zelenski Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad edildiyini elan etdi. Ölkənin silahlı qüvvələrinin yeni rəhbəri olaraq Birləşmiş Qüvvələrin Baş Komandanı Mixaylo Drapat təyin edildi. Zelenskinin bəyanatında Sırskinin vəzifədən azad edilməsinin səbəbi izah edilməmişdi.

Oxşar