Ukraynada müharibənin başlanmasının dördüncü ildönümü ilə əlaqədar doqquz ölkənin lideri Kiyevə gəlib
Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibənin dördüncü ildönümü ilə əlaqədar doqquz ölkənin lideri Kiyevə gəlib.
Ukrayna mediasının məlumatına görə, Kiyevə Danimarka, İsveç, Finlandiya, İslandiya, Latviya, Litva, Norveç, Estoniya və Xorvatiya liderləri səfər edib.
“Xoş gəlmisiniz, hörmətli müttəfiqlər. Bu gün və Rusiyanın qəddar tammiqyaslı müharibəsinin dörd ili ərzində Ukraynanı dəstəklədiyiniz üçün təşəkkür edirəm,” – Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazır.
Bundan əvvəl məlum oldu ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Laien və Avropa Şurasının prezidenti Antonio Koşta da Kiyevdədirlər.
Məlum olduğu kimi, bu gün Kiyevdə Ukraynanı dəstəkləyən “İstəklilər Koalisiyası”nın iclası planlaşdırılıb.