Ukraynada "MiQ-29" tipli qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub
Ukraynada "MiQ-29" tipli qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində pilot həlak olub

Ukraynada “MiQ-29” tipli qırıcı təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub. Məlumatı Ukrayna mediası yayıb.

Həlak olan şəxs 1979-cu il təvəllüdlü mayor Sergey Bondardır.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, təyyarə eniş zamanı qəzaya uğrayıb.

Medianın məlumatına görə qəzanın səbəblərinin və başvermə şəraitinin araşdırılması davam edir.