Ukrayna XİN Davit Araxamia, Liza İasko və Aleksey Qonçarenkonun diplomatik pasportlarını ləğv edib
Ukrayna XİN Davit Araxamia, Liza İasko və Aleksey Qonçarenkonun diplomatik pasportlarını ləğv edib

 

Ukrayna XİN Davit Araxamia, Liza İasko və Aleksey Qonçarenko daxil olmaqla Radanın yüzlərlə deputatının diplomatik pasportlarını ləğv edib.

Ukraynanın “Unian” Agentliyi belə yazır : ” Prezident Volodimir Zelenskinin diplomatik pasport sahiblərinin sənəddən şəxsi faydaları üçün istifadə edilməsinə və müharibə zamanı sərhəddə gəzintiyə qəzəbləndiyi deyilir”.

“Uniani”ın verdiyi məlumatda, diplomatik pasportların müsadirəsinin ezamiyyətdən sonra rəsmi sənədləri təqdim etməyən qanunverici orqanın deputatlarına şamil olunduğu deyilir. Geniş siyahı 225 nəfəri əhatə edir.