Ukrayna Xarici İşlər Nazirliyində hesab edirlər ki, ABŞ vasitəçiliyin mümkün dayandırılması ilə bağlı bəyanatlar verməklə sülh prosesini stimullaşdırmağa çalışır

18:59, 25.04.2025

ABŞABŞ vasitəçiliyin mümkün dayandırılması ilə bağlı bəyanatlar verərək sülh prosesini stimullaşdırmağa çalışır, – bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Qiorqi Tixi bildirib.

Tixinin qeyd etdiyi kimi, Ukraynada bunun kommunikasiya strategiyasının bir hissəsi olduğuna inanırlar.

“Biz xüsusilə ABŞ dövlət katibi Marko Rubionun şərhlərini və siqnallarını gördük. Hesab edirik ki, bu, kommunikasiya strategiyasının bir hissəsidir. Amerika tərəfi bu cür siqnalları açıq şəkildə göndərməklə sülh prosesini stimullaşdırmağa və sürətləndirməyə çalışır”, – Qiorqi Tixi qeyd edib.

Onun sizah etdiyinə görə, Ukrayna ABŞ-ın sülh prosesindən çıxmaq istəyi ilə bağlı “rəsmi, diplomatik məlumat” almayıb. Müvafiq olaraq, Bu cür bəyanatları Kiyev bu prosesi sürətləndirməyə və onu “dramatikləşdirməməyə” yönəlmiş siqnal kimi qəbul edilir.

Ötən həftə ABŞ dövlət katibi Marko Rubio bildirib ki, sülh prosesində irəliləyiş olmasa, Vaşinqton vasitəçilikdən çəkiləcəyini istisna etməyəcək.

Oxşar