Ukrayna və Rusiya prezidentləri arasında telefon söhbəti aparıldı
Ukrayna və Rusiya prezidentləri arasında telefon söhbəti aparıldı

Ukrayna və Rusiya prezidentləri arasında telefon söhbəti aparıldı.

Petro Poroşenkonun mətbuat xidmətinin verdiyi məlumata görə, telefon söhbəti zamanı Ukraynanın lideri Rusiya iqtidarına Ukraynalı məhbusları azad etməsi üçün müraciət etdi. Eyni zamanda, Petro Poroşenko Rusiyada həbs edilən rejissor Oleq Sentsovun yanına xalq müdafiyəçisinin buraxılmasının əhəmiyyəti haqqında danışdı.

Ukrayna prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, Petro Poroşenko Vladimer Putinə Minsk razılaşması ilə üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsinin zərurətini və “Normandiya formatında” çalışmanın fəallaşdırılmasının mütləqliyini xatırlatdı.

Poroşenko və Putin arasındaki telrfon söhbətini Vladimer Putinin mətbuat katibi Dmitri Peskov da təsdiqlədi.

Kreml tərəfindən yayılan rəsmi məlumata əsasən, Vladimer Putin Donbassda vəziyyətin gərginləşməsi və əhali arasında həlak olanların sayının artmasına görə, narahatçılığını bildirdi.

Bununla, yanaşı prezidentlər məhbusların mübadiləsi haqqında da söhbət etdilər.