Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi nəticəsində 60 hərbçi Rusiyanın əsirliyindən azad edilib
Ukrayna ilə Rusiya arasında növbəti əsir mübadiləsi baş tutub. Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Rusiya əsirliyindən Ukraynaya 60 hərbçinin qayıtdığını, onların arasında Mariupol və “Azovstal”ın müdafiəçilərinin də olduğunu bildirib.
Belə ki, Mariupolun 34 müdafiəçisi əsirlikdən azad edilib, onlardan 14-ü “Azovstal”ın müdafiəçisidir. Azad edilənlər arasında Rusiyanın nəzarətində olan Elenovka qəsəbəsində olan hərbçilər də var.
Öz növbəsində, Rusiya Müdafiə Nazirliyi 60 rus hərbçinin Ukraynanın əsirliyindən geri qayıtması barədə məlumat yayır.
Ukrayna və Rusiya arasında növbəti əsir mübadiləsi nəticəsində 60 hərbçi Rusiyanın əsirliyindən azad edilib, onların arasında Mariupol və “Azovstal”ın müdafiəçiləri də var.