Ukrayna üç macar hərbi qulluqçunun ölkəyə girişini qadağan edib
Ukrayna üç macar hərbi qulluqçunun ölkəyə girişini qadağan edib

Ukrayna, Macarıstanın hərəkətlərinə cavab olaraq, üç macar hərbi qulluqçunun ölkəyə girişini qadağan edib, – bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa bildirib.

Sibiqanın qeyd etdiyi kimi, Macarıstan tərəfindən hörmətsizlik göstərilən hər bir hərəkətə adekvat reaksiya veriləcək.

“Biz üç yüksək vəzifəli Macar hərbi qulluqçunun ölkəyə girişinə qadağa tətbiq etdik. Bu, Macarıstanın əvvəl bizim hərbi qulluqçularımıza tətbiq etdiyi əsassız qadağaya qarşı adekvat (güzgü kimi) reaksiyamızdır. Macarıstan tərəfindən hörmətsizlik göstərilən bütün hərəkətlərə, xüsusilə də bizim hərbi qulluqçularımıza qarşı hörmətsizliyə adekvat reaksiya veriləcək”, – Andrey Sibiqa sosial şəbəkədə yazır.

Məlumat üçün bildirək ki,avqustun sonunda Macarıstan hökuməti “Drujba” neft kəmərinə zərbə vurulması səbəbindən Ukrayna pilotsuz uçuş aparatları qüvvələrinin komandiri, əsli Macarıstanlı olan Robert Brovdi’nin ölkəyə girişini qadağan etdi. Bundan əlavə, Macaristan iyul ayında ölkə ərazisinə üç ukraynalı hərbçinin girişini qadağan etmişdi.