Ukrayna tərəfinin məlumatına görə, Rusiyanın “Şahed” tipli dronlarla Xarkova hücumu nəticəsində iki nəfər həlak olub, 27 nəfər yaralanıb
Son göstəricilərə əsasən, Rusiyanın “Şahed” tipli dronlarla Xarkova hücumu nəticəsində 2 nəfər həlak olub, 27 nəfər yaralanıb. Xəsarət alanlar arasında yaşı 5-17 arasında olan beş uşaq var.
Bu barədə məlumatı Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov və Xarkov meri İqor Terekov yayır.
Şəhərin meri İqor Terexovun məlumatına görə, Xarkovun altı məntəqəsinə dronlarla zərbələr endirilib.
Zədələnmiş obyektlər arasında ticarət mərkəzi, çoxmərtəbəli yaşayış evləri, tibb müəssisəsi və ofis binası var.