Ukrayna tərəfinin məlumatına görə, Rusiya qüvvələri Sumı şəhərinə raket zərbəsi həyata keçirib

18:58, 24.03.2025

Ukrayna tərəfinin məlumatına görə, Rusiya qüvvələri Sumı şəhərinə raket zərbəsi həyata keçirib. İlkin göstəricilərə görə, dördü uşaq olmaqla 28 nəfər xəsarət alıb. Çoxmərtəbəli binalara və məktəbə ziyan dəyib.

Sumı vilayət administrasiyasının rəhbəri Vladimir Artyuxun bildirdiyinə görə, işğalçı qüvvələr şəhərin mərkəzinə raket zərbəsi endirib.

Zərbənin nəticələrini aradan qaldırmaq üçün xilasetmə xidmətləri hadisə yerində işləyirlər.

Oxşar