Ukrayna tərəfi, rus hərbçilərin Zaporojie vilayətinin 12 yaşayış məntəqəsini bombalaması, 16 nəfərin yaralanması haqda məlumat verir
Rusiya tərəfi Zaporojieyə hücum həyata keçirib, nəticədə səhər saatlarına olan məlumata əsasən, 16 nəfər, o cümlədən azyaşlı yaralanıb – bu haqda Zaporojie Vilayətinin Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayır. Yaralılardan 4-ü xəstəxanaya yerləşdirilib.
O, rus hərbçilərin Zaporojie vilayətinin 12 yaşayış məntəqəsini bombaladığını bildirib.
Polisin məlumatına əsasən, zərbələr ehtimal ki, idarə olunan aviasiya bombaları ilə həyata keçirilib və hədəflər mülki infrastruktur obyektləri olub.
Hücum nəticəsində 20-yə yaxın yaşayış evi, təhsil müəssisəsi və nəqliyyat vasitələrinə ziyan dəyib.