Ukrayna təcili olaraq NATO-ya üzvlük üçün müraciət edir
Ukrayna təcili olaraq NATO-ya üzvlük üçün müraciət edir-bu barədə Ukrayna prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə bəyanat yayıb.
“De-fakto, biz artıq NATO-ya yolumuzu keçmişik. De-fakto, biz artıq Şimali Atlantika Alyansının standartlarına uyğunluğu sübut etmişik. Onlar Ukrayna üçün realdır – döyüş meydanında və münasibətlərimizin bütün aspektlərində realdır.
Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq. Şimali Atlantika Müqaviləsi Təşkilatı məhz budur.
Bu gün Ukrayna bunu prosedurlarla de-yure etmək üçün müraciət edir. Bütün cəmiyyətimizin qorunması üçün dəyərimizə uyğun olacaq bir prosedurla. Sürətli şəkildə. Biz müəyyənedici addımımızı atırıq, Ukraynanın NATO-ya sürətləndirilmiş üzvlük müraciətini imzalayırıq” – deyə Zelenski bildirib.