Ukrayna Təhlükəsizlik Xidməti Poltava vilayətində Moskva Patriarxlığının tabeliyində olan Ukrayna Ortodoks Kilsəsinin ərazisində əks-kəşfiyyat tədbiri görür
Ukrayna Təhlükəsizlik Xidməti Milli Polislə birlikdə Poltava vilayətində Moskva Patriarxlığının tabeliyində olan Ukrayna Ortodoks Kilsəsinin ərazisində əks-kəşfiyyat tədbiri görür.
Söhbət Mqarsk kişi monastırından, Kremençuk və Lubensk yeparxiyasından gedir.
Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatında əks-kəşfiyyat tədbirinin rus xüsusi xidmət orqanlarının Ukraynada diversiya fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirildiyi deyilir.