Ukrayna SQ-ın komandanı – Ukrayna Müdafiə Qüvvələri noyabrın 9-dan sonra Xerson bölgəsində 12 yaşayış məntəqəsini azad edib
Ukrayna Müdafiə Qüvvələri noyabrın 9-dan sonra Xerson bölgəsində 12 yaşayış məntəqəsini azad edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujni açıqlama verib.
Ukraynalı yüksək rütbəli hərbçi bildirib ki, Ukrayna müdafiə qüvvələri Xerson istiqamətində logistik marşrutları və təchizat sistemini dağıdıb, rus qoşunlarının komanda və idarəetmə sistemini sıradan çıxarıb və bununla da düşmənə qaçmaqdan başqa çıxış yolu qoymayıb.
Valeri Zalujni qeyd edib ki, Ukrayna qoşunlarının oktyabrın 1-dən Xerson istiqamətində irəliləməsi rəqibin müdafiəsinin dərinliyində 365 km-ə çatıb, ələ keçirilən ərazinin ümumi sahəsi 1381 kv.km-ə çatır və 41 yaşayış məntəqəsinə nəzarət bərpa olunub.