Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahında rus hərbçilərinin Xersonda küçə döyüşlərinə hazırlaşdığı bildirilir
Ukrayna Baş Qərargahı tərəfindən verilən məlumatda ilhaq edilmiş Xersonda rus əsgərlərinin mülki geyim geyindiyi, mülki şəxslərə məxsus binaları tutduğu və küçə döyüşləri aparmaq üçün mövqeləri möhkəmləndirdikləri deyilir.
“Rus təbliğatçı jurnalistlər şəhərdə dinc əhalinin Ukrayna Müdafiə Qüvvələri tərəfindən necə məhv edildiyini lentə almağı planlaşdırırlar”-deyə Ukrayna Baş Qərargahının bəyanatında deyilir.
Ukrayna Silahlı Qüvvələrinin gündəlik icmalında həmçinin qeyd olunur ki, rus qüvvələri Mayorsk qəsəbəsi yaxınlığında böyük itki veriblər – 30 hərbçi həlak olub, 120 nəfər yaralanıb.
Həmçinin Lisiçanskda “Axmat” batalyonuna endirilən zərbə nəticəsində 30 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Ukrayna Baş Qərargahının məlumatına görə, ümumilikdə, son sutka ərzində ruslar 530 hərbi xidmətçi itirib. Ruslar ən çox Liman, Baxmut və Avdeevka istiqamətində itki verirlər.