Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ukraynaya 115 dronla hücum etdiyini bildirir

15:36, 27.09.2025

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Ukraynaya 115 dronla hücum etdiyini bildirir.

Ukraynalı hərbçilərin bildirdiyinə görə, 115 drondan 97-si hava müdafiə qüvvələri tərəfindən məhv edilib.

Yayılan məlumata görə, Rusiyanın növbəti hücumunda iştirak edən dronlardan 70-i İran istehsalı olan “Şhahed” dronları olub.

Ukraynalı hərbçilərin məlumatına görə, Ukrayna ərazisində 6 müxtəlif yerdə 17 pilotsuz uçuş aparatı düşüb, 2 yerdə isə dron qalıqları tapılıb.

Ukrayna Silahlı Qüvvələri vətəndaşları ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Oxşar