Ukrayna Silahlı Qüvvələri Latviyadan döyüş helikopterləri alıb

20:31, 15.08.2022

 

Latviya Ukraynaya helikopterlər verib. Latviya Müdafiə Nazirliyi tərəfindən yayılmış məlumatda, Ukrayna Silahlı Qüvvələrinin Latviyadan dörd döyüş helikopteri aldığı deyilir. Söhbət Mi-2 və Mi-17 helikopterlərindən gedir.

“Altı ay əvvəl Latviyanın Ukraynaya hədiyyə etdiyi “Stingers” Ukraynaya Rusiyanın işğalını dayandırmağa kömək etdi. İndi ukraynalı döyüşçülər bir çox yerlərdə əks-hücuma keçərkən helikopterlərimiz onlara döyüş əməliyyatları aparmağa və həyatlarını xilas etməyə kömək edəcək. Ukrayna öz ərazilərini Rusiya işğalçı qoşunlarından azad etməyincə Qərbin dəstəyi dayandırılmamalıdır” -deyə Latviyanın müdafiə naziri bildirib.

Ukrayna Latviyadan helikopterləri sökülmüş vəziyyətdə alıb, ukraynalı hərbçilər yaxın vaxtlarda onlardan istifadə edə biləcəklərlər.

Oxşar