Ukrayna Silahlı Qüvvələri Kupyansk şəhərinin bir hissəsinin geri alındığını bildirir - “Ölkənin daxilindəki güclü mövqelər danışıqlarda güclü mövqelər deməkdir”
Ukrayna Silahlı Qüvvələri Kupyansk şəhərinin bir hissəsinin geri alındığını bildirir - “Ölkənin daxilindəki güclü mövqelər danışıqlarda güclü mövqelər deməkdir”

Ukrayna prezidenti Volodimir Zelenski Kupyanskdadır, hərbçiləri Quru Qoşunları Günü münasibətilə təbrik edib və şəhərdən videomüraciət yayıb.

Onun dediyinə görə, Ukrayna qüvvələri Kupyansk istiqamətində uğurlar əldə edir və rusları məhv edir.

Zelenskinin bildirdiyinə görə, diplomatik nəticələrə nail olmaq üçün cəbhə xəttində uğur vacibdir.

“Bu, Kupyansk istiqamətidir, əsgərlərimiz burada Ukrayna üçün nəticələr əldə edirlər. Kupyansk haqqında bir çox rus danışırdı – biz bunu görürük. Mən orada idim, oğlanlara təbriklərimi çatdırdım. Burada döyüşən bütün bölmələrə təşəkkür edirəm. İşğalçını məhv edən hər kəsə. Bu gün Ukraynanın diplomatik nəticələr əldə etməsi üçün cəbhə xəttində nəticələr əldə etmək son dərəcə vacibdir. Məhz belə işləyir: ölkə daxilində güclü mövqelər, müharibənin bitməsi ilə bağlı danışıqlarda güclü mövqeləri deməkdir. Bütün əsgərlərə təşəkkürlər. Sizinlə fəxr edirik. Quru qoşunlarımıza təşəkkür edirəm, bu gün sizin gününüzdür”, – Volodimir Zelenski videomüraciətində bildirib.

Bununla yanaşı, Ukrayna qüvvələri şimal-şərqdə yerləşən Kupyansk şəhərinin bir hissəsini geri aldıqlarını və oradakı rus əsgərlərini mühasirəyə aldıqlarını bildiriblər.

“Deyə bilərik ki, biz şəhərdə olan rusları tamamilə qovmuşuq. Onlar uzun müddət nə baş verdiyini başa düşə bilmirdilər. İndi onlar mühasirəyə alındıqlarını bilirlər”, – Xartiyanın komandiri İqor Obolenski bildirib.