Ukrayna Silahlı Qüvvələri 50 türk zirehli nəqliyyatını alıb

15:35, 09.08.2022

 

Ukrayna Silahlı Qüvvələri 50 türk zirehli nəqliyyatını alıb. Media tərəfindən verilən məlumatda, bu barədə Ukrayna Silahlı Qüvvələrinin “Kaxovka” əməliyyat qrupunun məlumat yaydığı deyilir.

“Əsgərlərimiz xarici tərəfdaşlar tərəfindən dəstəklənir. Bütün dünya Ukraynanın qəddar düşmənə qalib gəlməsini istəyir. Ukrayna Silahlı Qüvvələrinə Türkiyənin yeni BMC Kirpi zirehli transportyorları təhvil verilib” – deyə məlumatda bildirilir.

Yayılmış məlumatlarda, yaxın vaxtlarda Türkiyənin 150 ədəd zirehli transportyorunun Ukrayna qüvvələrinə təhvil verilməsinin planlaşdırıldığı deyilir.

Ukrayna Radasının Milli Təhlükəsizlik Komitəsinin üzvü, deputat Yuri Misiaqçin türk hərbi texnikasının verilməsinə münasibət bildirir. Onun sözlərinə görə, zirehli transportyora 360 dərəcədə istifadə edilə bilən pulemyot bərkidilib və o, həm də yanğın və mina əleyhinə effektiv sistemlərə malikdir.

Oxşar