Ukrayna Sankt-Peterburqa kütləvi hava hücumu həyata keçirib
Ukrayna Sankt-Peterburq və onun ətraf ərazilərinə kütləvi hava zərbəsi endirib.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun sözlərinə görə, Rusiya 140-dan çox Ukrayna dronunu vurub.
Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov vətəndaşları evdə qalmağa çağırıb.
Ukrayna prezidenti Volodimir Zelenski də hadisəyə münasibət bildirib. Onun dediyinə görə, Ukrayna dronları Krasnodar bölgəsindəki neft anbarına zərbə endirib.
“Bu, Ukrayna Silahlı Qüvvələrinin, Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Müdafiə Kəşfiyyatının hərbçilərinin birgə səylərinin nəticəsidir”, – deyə Vladimir Zelenski bildirib.
Bu gün Sankt-Peterburqda keçirilən Rusiya illik iqtisadi forumunun son günüdür.