Ukrayna Rusiyanın sənaye şəhərlərinə və Baltik dənizi sahilində yerləşən limana dronlarla hücum edib
Ukrayna qüvvələri Rusiyanın Volqa sahili boyunca yerləşən iki sənaye şəhərinə, həmçinin Sankt-Peterburq yaxınlığında yerləşən Baltik dənizi limanına dronlarla hücum edib. Məlumatı “Reuters” agentliyi yerli qubernatora istinadən yayır.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bildirib ki, “Lukoil” terminalının yerləşdiyi Vısotski limanında yanğın söndürülüb.
Bununla yanaşı, Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişçev Sızran və Novokuybışevskdə sənaye obyektlərinə hücumları təsdiqləyib.
Paralel olaraq, ötən gecə Rusiya qüvvələri Odessa limanının infrastrukturuna ziyan vurub. Rusiya qüvvələri həmçinin Ukraynanın şimalında, Çerniqov vilayətində enerji obyektini də bombalayıb. Nəticədə ölkənin şimal hissəsində 380 000-dən çox evə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.