Ukrayna Rusiyanın neft emalı zavoduna hücum edib
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavoduna hücum edib. Bu barədə “Ukrainskaya Pravda” rəsmi mənbələrə istinadən məlumat yayır.
Baş Qərargahın məlumatına görə, Kiriş şəhərində yerləşən neft emalı zavodunun illik emal gücü təxminən 20 milyon ton olub.
Hücumdan sonra zavodda yanğın baş verib. Məlum olduğu kimi, obyekt avtomobil və aviasiya yanacağı ilə yanaşı, Rusiya ordusunun təchiz edildiyi dizel yanacağı da istehsal edirdi.
Mövcud məlumata görə, Ukrayna qüvvələri Rostov vilayətində yerləşən dron saxlama obyektinə də zərbələr endiriblər. Həmçinin Yeysk şəhərinin hərbi aerodromu da bombalanıb və orada da yanğın baş verib.