Ukrayna Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsində vasitəçi rolunu aciz adlandırır

13:41, 13.09.2022

 

Ukrayna Ermənistan və Azərbaycanı münaqişənin siyasi-diplomatik həllinə çağırır və Rusiyanın vasitəçi rolunu aciz adlandırır.

Ukrayna mətbuatı bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenkonun açıqlama verdiyini yazır.

Onun sözlərinə görə, Ukrayna Bakı və İrəvanı münaqişəni beynəlxalq hüquq normalarına uyğun olaraq siyasi və diplomatik yolla həll etməyə, belə ki beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyə çağırır.

“Eyni zamanda, biz Rusiya Federasiyası tərəfindən hər hansı vasitəçilik və sülh səylərinin acizliyini qeyd edirik ki, bu da onun öhdəliklərini yerinə yetirməkdə qabiliyyətsizliyini bir daha təsdiqləyir”- deyə nazirliyin nümayəndəsi bildirib.

Xarici İşlər Nazirliyi həmçinin ukraynalıları Dağlıq Qarabağa səfərdən çəkinməyə, artıq regionda olanları isə hərbi fəaliyyət zonalarından uzaq durmağa çağırıb.

Oxşar